https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Ukraynalı şahmatçı fırıldaqçılığa görə qrossmeyster titulundan məhrum edilib

Ukraynalı şahmatçı fırıldaqçılığa görə qrossmeyster titulundan  məhrum edilib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası, hazırda Rumıniya adından çıxış edən ukraynalı şahmatçı Kirill Şevçenkonu qrossmeyster titulundan məhrum edib.

525.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu qərar onun fırıldaqçılıq halları ilə bağlı aparılan araşdırmaların nəticəsində verilib.

Məlumat FIDE-nin rəsmi saytında dərc olunub.

İdmançı İspaniyada keçirilən komandalararası çempionat zamanı qayda pozuntusuna yol verib. Oyunlar zamanı dəfələrlə tualetə getmiş və orada mobil telefonlar və qeyd kağızları gizlətmişdi.

FIDE bundan əvvəl Şevçenkonu üç illik diskvalifikasiya etmişdi, bu müddətin bir ili şərti hesab olunur. Qərar qüvvədə saxlanılıb və əlavə olaraq onun qrossmeyster titulu da ləğv edilib.

Şahmat üzrə 14-cü dünya çempionu, rusiyalı Vladimir Kramnik bu qərardan narazılığını ifadə edib. O, iki illik cəzanın yetərli olmadığını bildirərək daha sərt sanksiyaların tətbiqini tələb edib.

İbrahim Cəfərov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.