|
|
|
|

“Ayaks”ın kapitanı Deyvi Klaassen Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirib.
525.az xəbər verir ki, Niderland təmsilçisinin bu mərhələdəki rəqiblərindən biri də Azərbaycan "Qarabağ"ıdır.
Futbolçu Ağdam klubu haqqında da fikirlərini bölüşüb. O deyib:
"Bu, həyəcanvericidir. Çempionlar Liqasında oynamaq həmişə xoşdur. Çünki orada ən güclü komandalara qarşı çıxış edirsən. Məncə, belə matçlarda heç-heçə belə yaxşıdır. Çünki rəqiblərimiz böyük klublardır. "Qarabağ"la oyun üçün bizi uzun səfər gözləyir. Bu, bir az məyusedicidir. Digər rəqiblərə gəlincə, hər şey yaxşıdır".
Qeyd edək ki, ÇL-in əsas mərhələsinin təqvimi avqustun 30-da açıqlanacaq.



