https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək. 

525.az xəbər verir ki, ümumilikdə nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq. Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.

Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3x3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.

Qılıncoynatma 32

Cüdo 32

Taekvоndo 28

Voleybol 28

Güləş 27

Karate 24

Futbol 23

Boks 22

Avarçəkmə 21

Atıcılıq 16

Badminton 16

Üzgüçülük 13

Batut gimnastikası 11

Bədii gimnastika 10

Çövkən 9

Sambo 8

3x3 Basketbol 8

Oxatma 6

Stolüstü tennis 6.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.