https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİİTA) məxsus idman zalında idmançıların yüksək səviyyədə hazırlıq keçməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb.

525.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, komitənin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının,  eləcə də üzv və tabe təşkilatların rəhbərləri, idmançılar və məşqçilər idman zalında yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, burada güləş, cüdo və boks üzrə məşqlərin keçirilməsi üçün müasir standartlara cavab verən üç idman zalı var. Zallar zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib. Həmçinin məkanda duş, paltardəyişmə, mətbəx, inzibati və köməkçi otaqlar mövcuddur. Ümumilikdə 540 kvadratmetr sahəni əhatə edən idman zalında yeni istilik sistemləri və kondisionerlər quraşdırılıb, həm əməkdaşlar, həm də idmançılar üçün gündəlik fəaliyyət və məşqlərin səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması istiqamətində layihələr həyata keçirir, müxtəlif idman növləri üzrə yarışlar təşkil edir.

Hazırda AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş və fiziki hazırlıq bölmələri fəaliyyət göstərir.

2025-ci ilin ötən dövrü ərzində Assosiasiyanın idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə  246 medal qazanıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.