|
|
|
|

2026-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 97,4 milyard manat məbləğində proqnozlaşdırılır.
Bu barədə 525.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.
Proqnozlara əsasən, 2027-ci ildə əhalinin gəlirləri 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata, 2029-cu ildə isə 123,2 milyard manata çatacaq.
Beləliklə, 2026-2029-cu illərdə əhalinin gəlirləri 26,5 % artacaq.
2026-cı ildə əhalinin xərcləri 95,5 milyard manat, 2027-ci ildə 103,3 milyard manat, 2028-ci ildə 111,2 milyard manat, 2029-cu ildə isə 120,6 milyard manat təşkil edəcək.



