|
|
|
|

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası vətənə qayıdıb.
525.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda “Kopenhagen”ə qarşı keçirəcək.



