https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

525.az xəbər verir ki, yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.