https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

"Üzərində işləməli olduğumuz məqamlar var" - Millimizin baş məşqçisi

"Üzərində işləməli olduğumuz məqamlar var" - Millimizin baş məşqçisi

Azərbaycan U-19 qadın millisinin baş məşqçisi Həbib Ağayev Moldovanın paytaxtı Kişineuda təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

525.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında yerli komanda ilə keçirilən yoxlama görüşlərini də dəyərləndirib:

“Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı. Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.

Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.