|
|
|
|

Türkiyədə ağır yol qəzası baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, Tekirdağın Ergene rayonunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Qəza saat 16:00 radələrində baş verib. Fabrik işçilərini daşıyan yük maşını və mikroavtobus toqquşub.
Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis, təcili tibb yardım və yanğınsöndürənlər gəlib.
Həkimlər 3 nəfərin öldüyünü müəyyən ediblər. Xəsarət alan 9 nəfər təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İbrahim Cəfərov



