|
|
|
|

Alman aviaşirkəti “Lufthansa Group” 2030-cu ilə qədər 4 min inzibati iş yerini ixtisar etməyi planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin Münhendə keçirilən Kapital Bazarları Günündə yeni strateji planı və yeni orta müddətli maliyyə hədəflərinin açıqlanması zamanı bildirilib.
Qeyd olunub ki, şirkət rəqəmsallaşma, avtomatlaşdırma və daha səmərəli proseslər hesabına 2030-cu ilə qədər 4 min inzibati iş yerini ixtisar etməyi planlaşdırır.
“Lufthansa” “Miles&More” adlı xüsusi sərnişin proqramını daha da gücləndirməyi və 2030-cu ilə qədər aktiv üzvlərin sayını 50 faiz artırmağı hədəfləyir.
Şirkət 2030-cu ilə qədər 230-dan çox yeni təyyarə tədarük etməyi planlaşdırır. Bunlardan 100-ü uzun məsafəli uçuşlar üçün olacaq. Yeni təyyarə daha az yanacaq sərfiyyatı sayəsində daha az əməliyyat xərclərini təmin edir.
Qeyd edək ki, təxminən 103 min işçisi olan “Lufthansa” Avropanın ən böyük hava yolu şirkətidir.
İbrahim Cəfərov



