|
|
|
|

“ABŞ Fələstinin HƏMAS hərəkatına Amerikanın Qəzza zolağında nizamlanma planına cavab vermək üçün 3-4 gün vaxt vermək niyyətindədir”.
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərlə bildirib.
O, HƏMAS-ın cavabını nə qədər gözləməyə hazır olduğu barədə suala "üç-dörd gün gözləyəcəyik”, - cavabını verib.
Trampın bazar ertəsi Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuya təqdim etdiyi plan 20 bənddən ibarətdir. Təsdiqlənəcəyi təqdirdə plan Qəzzada sürətlə atəşkəs əldə etməyi, bütün girovların və bir sıra fələstinli məhbusların azad edilməsini, humanitar yardım axınının artırılmasını və Qəzzanın idarə edilməsini beynəlxalq sülh şurasının nəzarəti altında müvəqqəti texnokratik Fələstin komitəsinə verilməsini nəzərdə tutur.
Pərvanə Sultanova



