|
|
|
|

İspaniya Daxili İşlər Nazirliyi (DİN) jandarmeriyaya sursat tədarük etməli olan İsrail şirkəti ilə 6,6 milyon avro dəyərində müqaviləyə xitam verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti sentyabrın 23-də Nazirlər Şurasının iclasında Qəzzada baş verən hadisələrə təcili tədbirlər və Fələstin xalqına dəstək məqsədi ilə İsrailə qarşı qəbul edilmiş sanksiyaları həyata keçirməyə başlayıb.
Belə ki, İspaniya DİN jandarm üçün İsrail sursatlarının alınması ilə bağlı müqavilələrin yerinə yetirilməsinin mümkünsüzlüyünə görə ləğv edilməsi prosesinə başladığını açıqlayıb.
Qeyd edək ki, bu xitamın DİN-in İsrail şirkətləri ilə xitam verilən sonuncu müqavilə olduğu vurğulanıb.
Məhəmməd Tağıyev



