|
|
|
|

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Episentri Kaliangetdən 32 kilometr cənub-şərqdə olan zəlzələ 14 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.
Qeyd edək ki, ümumilikdə 130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələrindən biri hesab olunur.
İbrahim Cəfərov



