|
|
|
|

Bu gün səhər tezdən Almaniyanın Münhen şəhərinin şimalında bir neçə partlayış baş verib, atışma səsi eşidilib.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, polis Lerhenauer-Ştrasse küçəsini nəzarətə götürüb. Əraziyə çox sayda polis, yanğınsöndürmə briqadaları və xüsusi xidmət orqanlarının nümayəndələri gəlib. Sakinlərə və sürücülərə partlayış baş verən ərazidən yan keçmək tövsiyə olunub.
Partlayış baş verən yerdə 2 nəfərin meyiti tapılıb. Hadisənin motivi araşdırılır.
Qeyd edək ki, ilkin məlumata görə, bir nəfər valideynlərinin evini partlatdıqdan sonra yanğın törədib. Daha sonra intihar edib.
L.Tağıyeva



