|
|
|
|

Bu gün Bakı vaxtı ilə 17.49-da İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli Seysmologiya və Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələnin episentri Tiakura şəhərindən 77 km şimal-şərqdə, 163 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat verilmir.
Qeyd edək ki, dünən axşam Kaliangent şəhərindən 32 km cənub-şərqdə 6 bal gücündə zəlzələ baş vermişdi.
L.Tağıyeva



