|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust Vaşinqton razılaşmasının gündəliyinin pozulması ehtimalını istisna edir.
525.az xəbər verir ki, bu barədə o, parlamentdə hökumət saatı zamanı deyib.
"8 avqust gündəliyinin iflasa uğraması istisnadır. Mən beynəlxalq strukturlar da daxil olmaqla, bəyan etmişəm ki, bu, pozula bilməz, sülh reallıqdır və sülh getdikcə daha çox institusionallaşacaq”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb.
Pərvanə Sultanova



