|
|
|
|

İngiltərənin Mançester şəhərində sinaqoqa bıçaqlı hücum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər öldürülüb, dörd nəfər yaralanıb.
Hadisə yerinə gələn polis sinaqoq ətrafındakı hər iki yolu bağlayıb.
Mançester şəhərinin meri Endi Burnham BBC-yə açıqlamasında bildirib ki, təhlükə artıq geridə qalıb.
Sinaqoqa hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
İsgəndər Həsənov



