|
|
|
|

“Birləşmiş Ştatlar NATO ölkələrinə silah satmağa davam edəcək ki, alyans öz növbəsində onları Ukraynaya çatdıra bilsin”.
525.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.
“Mən bilirəm ki, prezident çox açıq şəkildə söyləyib ki, biz NATO-ya silah satmağa davam edəcəyik ki, alyans da bu silahları Ukraynaya verə bilsin”, - Levitt vurğulayıb.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Di Vens bildirib ki, ABŞ administrasiyası sonradan Kiyevə çatdırılması üçün NATO-nun digər ölkələrinə “Tomahawk” qanadlı raketlərinin tədarükü imkanlarını müzakirə edir. Yekun qərarı prezident Donald Tramp verəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun isə deyib ki, Amerikanın “Tomahawk” raketlərinin Kiyevə çatdırılması reallaşarsa, Ukrayna münaqişəsində yeni ciddi eskalasiya yaranacaq və Moskva buna adekvat cavab verəcək.
Pərvanə Sultanova



