|
|
|
|

Danimarkada 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə vaxt keçirmələri uşaqların inkişafına mənfi təsir göstərir. Baş nazir sosial şəbəkələrin onların uşaqlıq illərini oğurladığını deyərək, bir çoxunun depressiyaya düşməsinə səbəb olduğunu da söyləyib.
Qeyd edək ki, Frederiksen həmçinin, qanunun gələn il qəbul etməyi nəzərdə tutduqlarını vurğulayıb.
L.Tağıyeva



