|
|
|
|

Oktyabrın 1-də Diyərbakır polisi şübhəli yük avtomobilini saxlayıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobilə ətraflı baxış zamanı ventilyator və kondisionerlə kamuflyaj edilmiş gizli kupe aşkar edilib. Kupedə 11 Əfqanıstan vətəndaşının olduğu aşkarlanıb.
Nəqliyyat vasitəsi polis bölməsinə aparılıb, iki şübhəli həbs olunub. Qeyri-qanuni əfqan immiqrantlar isə Türkiyədən deportasiya olunmaq üçün Şanlıurfaya göndərilib.
İsgəndər Həsənov



