|
|
|
|

Yaponiyanın Numata şəhərindəki supermarketlərin birində gərgin anlar yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ayının ticarət obyektinə soxulması zidməti personal və alıcılar arasında təşviş yaradıb.
Vəhşi əvvəlcə parklanma məntəqəsində bir nəfərə hücum edib. Daha sonra marketə girən ayı alıcılardan birini yaralayıb. Bir neçə vitrini dağıtdıqdan sonra isə ərazini tərk edib.
Polis şəhər sakinlərinə diqqətli olmağı, bənzər hadisənin təkrarlanacağı təqdirdə dərhal əlaqədar qurumları məkumatlandırmağı tövsiyə edib.
Yeri gəlmişkən, hücum zamanı supermarketdə 30-a yaxın müştəri olub.
L.Tağıyeva



