|
|
|
|

Qəzzaya humanitar yardım apararkən İsrail tərəfindən saxlanılan Qlobal Sumud Flotilyasında olan türkiyəli deputatlar Azərbaycana gəlir.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
Onun sözlərinə görə, donanma qayıqlarında olan millət vəkilləri Necmettin Çalışkan, Sema Silkin Ün və Mehmet Atmacan Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüblər.
“Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtması üçün çalışırıq. Bu reallaşarsa, eyni reyslə üçüncü ölkə vətəndaşlarını da təxliyyə etməyi planlaşdırırıq”, - deyə XİN sözçüsü bildirib.
İbrahim Cəfərov



