|
|
|
|

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqinin əhəmiyyətli diplomatik uğur və real fürsət olduğunu bildirib.
525.az xəbər verir ki, Kallas Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqindən sonra “X” sosial media platformasında paylaşım edib.
“Bu, mühüm diplomatik nailiyyətdir və dağıdıcı müharibəyə son qoymaq, bütün əsirləri azad etmək üçün real fürsətdir”, - deyə Kallas açıqlamasında bildirib.
Bundan əlavə, Kaya Kallas Aİ-nin sazişin həyata keçirilməsinə dəstək vermək üçün əlindən gələni edəcəyini vurğulayıb.
Məhəmməd Tağıyev



