|
|
|
|

Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
525.az xəbər verir ki, bu barədə “Times of Malta” nəşri yazıb.
XİN başçısı Trampın Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsindəki səylərini əsas gətirərək Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Borq vurğulayıb ki, keçən il ATƏT-in sədri kimi Ermənistanla Azərbaycan arasındakı münaqişədə bir çox insanla işləyib:
“Nəhayət, Amerika prezidentinin vasitəçiliyi ilə bu yay sülhə nail olundu”.
Pərvanə Sultanova



