|
|
|
|

Özbəkistan prezidenti Şavkat Mirziyoyev MDB ölkələrinin xarici işlər nazirlikləri və kəşfiyyat orqanları arasında koordinasiyanın gücləndirilməsini təklif edib.
525.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat katibi Şerzod Əsədov özünün Telegram kanalında məlumat verib.
Prezident bunu MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bildirib.
"Özbəkistan lideri xüsusilə təhlükəsizlik məsələlərinə toxunaraq, MDB ölkələrinin xarici işlər orqanları və kəşfiyyat xidmətləri arasında koordinasiyanın gücləndirilməsi təklifini irəli sürüb”, - məlumatda deyilir.
Pərvanə Sultanova



