|
|
|
|

Rojnyav şəhəri yaxınlığında 2 sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza anında qatarlarda ümumilikdə 80-dən çox sərnişin olub.
Qəzanın baş vermə səbəbləri araşdırılır. Ölkənin baş naziri Robert Fitsonun işi nəzarətə götürdüyü bildirilir. Əraziyə çox sayda xilasedici cəlb olunub.
Qəzanın fəsadlarının aradan qaldırılmasına, yolda hərəkətin bərpasına başlanılıb.
Qeyd edək ki, yerli mətbuat ölüm halının olmadığı, yaralı sayının artma ehtimalının olduğunu bildirir.
L.Tağıyeva



