|
|
|
|

Madaqaskarda hakimiyyəti ələ keçirən ordunun başçısı, polkovnik Maykl Randrianira yeni seçkilərin keçirilməsinə qədər iki il davam edəcək keçid dövrünün başladığını elan edib.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O deyib ki, cəmiyyətdə transformasiya dövrü maksimum iki il davam edəcək:
“Bu müddət ərzində yeni konstitusiya layihəsi üzrə referendum keçiriləcək, ardınca tədricən yeni idarəetmə institutlarının yaradılması üçün seçkilər təşkil ediləcək”.
Xatırladaq ki, etirazlar fonunda Madaqaskar prezidenti Andri Radzuelinaya parlament tərəfindən impiçment elan edildikdən sonra hərbçilər hakimiyyəti ələ aldıqlarını bəyan ediblər. Prezident hərbi üsyandan sonra həyatına təhlükə səbəbindən ölkəni tərk etdiyin açıqlayıb, lakin istefa verdiyini bildirməyib.
Madaqaskarda etirazlar su və elektrik probleminə görə başlayıb. BMT-nin məlumatına görə, 25 sentyabrdan etibarən etirazlılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda azı 22 nəfər həlak olub.
Pərvanə Sultanova



