|
|
|
|

"Apple" korporasiyası son 3 ayda smartfon istehsalına görə rekord vurub və "Samsung"u keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "International Data Corporation" (IDC) kompaniyasının hesabatında bildirilir.
Buna əsas səbəb yeni "iPhone 17" modelinə sifarişlərin gözlənildiyindən daha çox olmasıdır. Sifarişlərin bundan əvvəlki "iPhone 16" modelinə nisbətən xeyli artdığını qeyd edən IDS konkret rəqəm açıqlamayıb.
Yeri gəlmişkən, rekorda baxmayaraq, "Apple" smartfon istehsalına görə 18,2 faiz göstərici ilə hələ də "Samsung"dan (19 faiz) geri qalır. Sonrakı 3 yerdə "Xiaomi" (13,5 faiz), "Transsion" (9 faiz) və "Vivo" (8,9 faiz) gəlir.
L.Tağıyeva



