|
|
|
|

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.
Dərhal hadisə yerinə polis və tibb işçiləri gəlib. Qəza zamanı avtomobildə olan 4 nəfər və mikroavtobusda xəsarət alan 14 nəfər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Yaralılardan üçünün vəziyyəti daha ağır olduğu üçün onlar şəhər xəstəxanasına çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalar davam edir.
İbrahim Cəfərov



