|
|
|
|

CAR-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 20 yaşlı pilot həyatını itirib.
Hadisə Yohannesburqda, aviatorlar üçün təlim mərkəzinin ərazisində baş verib. Hindistanlı 20 yaşlı Piyuş Puşp adlı pilotun idarə etdiyi təlim təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Pilot ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Qeyd edək ki, ölkənin Vətəndaş Aviasiyası İdarəsi (SACAA) araşdırmalara başlayıb. İlkin versiya kimi təyyarədə texniki problemlərin olduğu göstərilir.
L.Tağıyeva



