|
|
|
|

Seul hökuməti ölkədə ilk mülki nüvə sığınacağı tikməyə hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Respublikası Şimali Koreyanın artan təhdidləri qarşısında ölkədə ilk mülki nüvə sığınacağını tikməyə hazırlaşır.
Belə ki, Seulda yeni yaşayış kompleksinin altında tikiləcək bunker ictimai idman zalı kimi də xidmət göstərəcək.
Bundan əlavə, kompleksin üçüncü zirzəmisində yerləşəcək obyektin sahəsi 2100 kvadratmetrdən çox olacaq və 1020 nəfəri qəbul edə biləcək.
Məhəmməd Tağıyev



