|
|
|
|

Böyük Britaniya Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə sanksiyalar tətbiq edib
525.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazilik bəyan edib ki, məhdudiyyətlər Rusiya hökumətinin maraqları naminə biznes fəaliyyəti ilə bağlıdır. Onların hüquqi şəxslərinin Britaniya banklarındakı hesabları dondurulacaq, fiziki şəxslərin isə ölkəyə girişinə qadağa qoyulacaq.
Ümumilikdə Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 90 bənd üzrə genişləndirib. Sanksiya tətbiq edilən kredit təşkilatlarına Rusiyanın Milli Ödəniş Kartı Sistemi, BBR Bank, Transstroybank, Primsotsbank və Solid Bank daxildir. Siyahıya 5 fiziki şəxs, 35 təşkilat və kölgə donanması ilə əlaqəli hesab edilən 51 gəmi salınıb.
Pərvanə Sultanova



