|
|
|
|

Amerikanın ““Tomahawk” qanadlı raketlərinin Ukraynaya tədarükü Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşdırılması perspektivlərinə böyük ziyan vuracaq və vəziyyəti tamamilə fərqli müstəviyə çevirəcək”.
525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində bildirib.
Onun fikrincə, raketlərin ötürülməsi təkcə “Bayden müharibəsi”nin “Trampın müharibəsinə” çevrilməsi deyil, həm də Rusiya ilə ABŞ arasında münasibətlərin təhlükəli həddə gərginləşməsi deməkdir.
Lavrov, həmçinin prezident Vladimir Putinin belə bir addımın “münasibətlərimizin normallaşdırılmasına yönəlmiş bütün səylərə, o cümlədən Trampla Alyaskada keçirilən sammitdə əldə olunan anlaşmalara çox ciddi zərbə vuracağı” barədə açıqlamasını da xatırladıb.
Pərvanə Sultanova



