|
|
|
|

ABŞ prezidenti Donald Tramp bildirib ki, Hindistanın Baş naziri Narendra Modi onu Rusiyadan neft almağı dayandıracağına inandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderinin sözlərinə görə, bu, Ukraynadakı müharibənin sona çatmasını asanlaşdıracaq.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiyadan neft idxalına görə Hindistanla münasibətlərin gərginləşməsindən danışıb.
“Hindistanın Rusiyadan neft almasından narazı idim. Modi bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı”, - ABŞ prezidenti deyib.
Tramp idxalın dərhal dayandırıla bilməyəcəyini və prosesin yavaş olacağını, lakin tezliklə tamamlanacağını vurğulayıb.
Hindistanın neft alışını dayandırmasının Rusiya-Ukrayna müharibəsində vasitəçilik səylərini asanlaşdıracağına işarə edən Tramp, bildirib ki, indi Çinin də eyni şeyi etməsinə nail olmaq lazımdır.
İsgəndər Həsənov



