|
|
|
|

“Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Budapeştdə görüş yaxın iki həftə ərzində baş tuta bilər”.
525.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşün yaxın iki həftə ərzində və ya bir az sonra keçirilməsi mümkündür.
“Hər iki tərəf başa düşür ki, bunu uzun müddətə təxirə salmaq olmaz”, - Peskov söyləyib.
Oktyabrın 16-da Tramp Putinlə iki saatlıq telefon danışığı aparıb. O bildirib ki, onların dialoqu zamanı böyük irəliləyiş əldə olunub. Amerika lideri rusiyalı həmkarı ilə Budapeştdə planlaşdırılan gələcək görüşdən də danışıb.
Bunun ardınca Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Rusiya və ABŞ prezidentləri arasında Budapeşt görüşü iki ölkənin xarici işlər nazirləri arasında gələn həftə keçirilməsi nəzərdə tutulan görüşündən bir həftə sonra baş tuta bilər.
Pərvanə Sultanova



