|
|
|
|

İllinoys ştatının qubernatoru Cey Robert Pritskerin kazinoda 1,4 milyon dollar udduğu məlum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pritsker bu məbləği ötən il ailəsi ilə Las-Veqasda dincələrkən "BlackJack" oyununda qazanıb.
Amma bu barədə yerli KİV-ə yaxınlarda məlum olub. Uduş barədə jurnalistlərin suallarını cavablandıran qubernator bunu xoş təsadüf və uğur kimi qələmə verib. Pritskerin seçki kompaniyasının rəhbəri uduşun xeyriyyçiliyə sərf olunacağını bildirsə də, qubernatorun bunu indiyə kimi niyə etmədiyinə cavab verməyib.
Qeyd edək ki, Cey Robert Pritsker "Hyatt" otellər şəbəkəsinin varisidir və "Forbes"in hesablamalarına görə 3,9 milyard dollar varidata sahibdir.
L.Tağıyeva



