|
|
|
|

Fransanın keçmiş prezidenti Nikola Sarkozi cəzasının qalan hissəsini Sante həbsxanasının təkadamlıq kamerasında çəkəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli telekanallardan biri məlumat yayıb.
Qeyd edək ki, Nikola Sarkozi Paris məhkəməsinin qərarı ilə 5 il azadlıqdan mərhum edilib və 100 min avro cərimə olunub. O, 2007-ci ildə prezident seçilərkən seçki kompaniyası üçün keçmiş Liviya lideri Muammer Qəddafi ilə cinayət əlaqəsinə girərək ondan pul almaqda ittiham edilidi.
L.Tağıyeva



