|
|
|
|

Rusiyadan İsrailə uçan "Superjet" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan az sonra ön şüşəsində çat əmələ gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotlar dərhal qəza enişi ediblər.
Mineralnıye Vodıdan Tel-Əvivə üçan təyyarənin göyərtəsində 103 sərnişin olub. Onlardan və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Şüşənin çatlamasının səbəbləri bəlli deyil.
Bənzər hadisə dünən Denverdən Los-Ancelesə uçan "Boeing 737 MAX" təyyarəsində də yaşanıb. 11 min metr yüksəklikdə uçan təyyarənin ön şüşəsinin qırılması səbəbindən pilot yaralanıb. Təyyarə Solt-Leyk-Sitiyə qəza enişi edib.
Qeyd edək ki, həmin təyyarənin göyərtəsində 140 sərnişin olub.
L.Tağıyeva



