|
|
|
|

Liberal-Demokrat Partiyasının sədri Sanae Takaiti ölkə tarixində ilk qadın Baş nazir seçilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin aşağı palatasında keçirilən səsvermədə 465 deputatdan 237-i onun lehinə səs verib.
Takaitinin əsas rəqibi Konstutisiya-Demokrat Partiyasının lideri Yosihiko Noda 149 səs toplayıb.
Qeyd edək ki, 64 yaşlı Takaiti 1 gün ərzində Nazirlər Kabinetinin yeni heyətini formalaşdırmalıdır.
L.Tağıyeva



