|
|
|
|

Litva Belarusla bütün sərhəd keçid məntəqələrini bağlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət rəsmisi Vilmantas Vitkauskas bildirib.
V.Vitkauskas bu addımın atılmasına səbəb kimi ölkənin hava məkanında naməlum meteoroloji zonaların peyda olmasını göstərib. Onun sözlərinə görə Vilnüs aeroportu fəaliyyətini bərpa etdikdən sonra məsələyə yenidən baxılacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında Vilnüs aeroportu hava məkanında meteozondların görünməsi üzündən fəaliyyətini dayandırıb.
L.Tağıyeva



