|
|
|
|

“Rusiya prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla görüşmək üçün Macarıstana səfər edəcəyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs olunmayacaq”.
525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN-ə bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsinə gəlincə, prezident Putin bu yay ABŞ-a səfər edib və həbs olunmayıb. Macarıstana gəlsə də həbs edilməyəcək”, - nazir deyib.
Qeyd edək ki, Siyarto Budapeştdə mümkün Tramp-Putin sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün Vaşinqtona səfər edib.
Pərvanə Sultanova



