|
|
|
|

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Cenevrədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşün çox müsbət atmosferdə keçdiyini bildirib.
525.az xəbər verir ki, Simonyan bu barədə brifinqdə deyib.
“Bu, çox yaxşı bir haldır. Tərəflər görüşdə öz cəmiyyətlərinin yaxınlaşması, dinc şəraiydə yaşamaları fikirlərini bölüşdülər və bu istiqamətdə addım atmağa hazır olduqlarını bildirdilər. Qeyd etmək istərdim ki, həmkarım (Sahibə Qafarova - red.) bu anlayışı bölüşür. Görüş çox müsbət keçdi", - Simonyan əlavə edib.
Pərvanə Sultanova



