|
|
|
|

Montana ştatında, Ekalaka şəhəri yaxınlığında helikopter qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə respublikaçı Darren Beylin ailə üzvlərindən 4-ü həlak olub.
Helikopteri onun oğlu Zakari idarə edib. Göyərtədə Zakaridən başqa onun həyat yoldaşı Kesli, övladları 12 yaşlı Vada Rouz və 7 yaşlı Semuel də varmış. Darrenin kiçik nəvəsi ailəsi ilə birgə olmadığından sağ qalıb.
Qəzanın baş vermə səbəbləri bəlli deyil, araşdırma aparılır.
Qeyd edək ki, Darren Beyl sentyabrda gələn il Montanada keçiriləcək qubernator seçkilərinə namizədliyini irəli sürəcəyini bildirib.
L.Tağıyeva



