|
|
|
|

Fransanın dənizaşırı ərazisi Qvadelupa sahillərində 6.5 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Episentri təxminən Sent-Ann şəhərindən 196 km qərbdə olan yeraltı təkanlar 10 km dərinlikdə baş verib.
ABŞ Geoloji Xidmətinin başqa bir məlumatına görə, daha sonra ərazidə 6 və 5.4 bal gücündə daha iki zəlzələ olub.
Qeyd edək ki, ardıcıl zəlzələlərdən sonra can və ya mal itkisi olmasa da, sunami təhlükəsi elan edilib.
İbrahim Cəfərov



