|
|
|
|

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdən sonra 3 bina və 1 mağaza uçub.
525.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya CNN Türk telekanalına açıqlamasında deyib.
Canlı yayımına telefonla qoşulan nazir insan itkisinin olmadığını bildirib:
“Əvvəlki zəlzələdən sonra boşaldılan 3 bina və 1 mağaza uçub. İndiyədək kəndlərimizdə heç bir bina dağılmayıb. Bu anadək aparılan axtarışlara əsasən deyə bilərik ki, itki yoxdur. Hazırda zəlzələ zonasına avtomobil yolu ilə gedirəm. Xəsarət alanlarla bağlı müraciət var”.
Xatırladaq ki, Balıkesirdə 6.1 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov



