|
|
|
|

“Ermənistan hökuməti Türkiyə ilə sərhədin açılmasının mümkün nəticələrini qiymətləndirməyə çalışır”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib.
"Biz hazırda Ermənistan-Türkiyə sərhədinin açılmasının ticarət dövriyyəsinə təsirini, hansı malların idxal və ixrac edilə biləcəyini araşdırırıq. Anlayış var, iş var, lakin bu da öyrənməli olduğumuz bir prosesdir", - nazir söyləyib.
Papoyanın proqnozlarına görə, Ermənistan-Türkiyə ticarət dövriyyəsi potensial olaraq ildə 700-800 milyon dollara qədər arta bilər. Ermənistan dərman, elektrik avadanlıqları və yerli istehsal üçün xammal kimi malları Türkiyədən daha münasib qiymətlərlə idxal edə, eləcə də yerli məhsulları ora ixrac edə bilər:
"Lakin bizim ən vacib üstünlüyümüz odur ki, Ermənistan Türkiyə limanlarından, xüsusən də Aralıq dənizindəki limanlardan istifadə edə biləcək”.
Pərvanə Sultanova



