|
|
|
|

Bu gün Bakı vaxtı ilə 18.40-da İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 40 min əhalisi olan Tual şəhərindən 331 km cənub-qərbdə, ocağı 143 km dərinlikdə yerləşib.
Qeyd edək ki, dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
L.Tağıyeva



