|
|
|
|

İspaniyanın "Saraqosa" Futbol Klubunun 15 yaşlı yetirməsi Xorxe Kasado vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorxenin vəfatından kədərləndiyini bildirən və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verən "Saraqosa" ailəsi onun xatirəsinə hörmət əlaməti olaraq klub daxilində 1 günlük matəm elan edib. Bütün məşqlər təxirə salınıb. Əsas komandanın futbolçuları meydana yalnız 1 dəqiqəlik sükut üçün çıxıblar.
Qeyd edək ki, Xorxe Kasadonun hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumat verilmir.
L.Tağıyeva



