|
|
|
|

Braziliyanın Rio-de-Janeyro ştatında narkotik əleyhinə xüsusi əməliyyat keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rio-de-Janeyro qubernatoru Klaudio Kastro bildirib.
O qeyd edib ki, "Comando Vermelho" cinayətkar təşkilatının bölgədə yayılmasının qarşısını almaq üçün 2500 polis əməkdaşının iştirak etdiyi əməliyyat keçirilib.
Təhlükəsizlik qüvvələri 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalındakı Alemao və Penha rayonlarına daxil olub.
Kastro bildirib ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələri silahlı müqavimətlə qarşılaşıb və ilkin məlumatlara görə, dörd polis əməkdaşı da daxil olmaqla 60 nəfər öldürülüb.
Kastro təhlükəsizlik qüvvələrinin ən azı 81 nəfəri saxladığını vurğulayaraq, bunun ştatın tarixində ən əhatəli əməliyyat olduğunu söyləyib.
Qubernator həmçinin, sakinlərə əməliyyat zamanı evdə qalmaları barədə xəbərdarlıq edib.
İbrahim Cəfərov



