|
|
|
|

“Azərbaycan tərəfi ilə bütün məsələlər üzrə intensiv təmaslar davam etdirilir”.
525.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası Baş nazir müavini səviyyəsində müzakirə olunur, xarici işlər nazirlikləri öz gündəmlərini müzakirə edir, Təhlükəsizlik şuraları isə humanitar və digər məsələlər üzərində işləyir", - Arutyunyan deyib.
Əlavə edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər yaxşı templə inkişaf edir", - deyə Harutyunyan bildirib.
Nümunə olaraq, o, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan qadağanı ləğv etməsini misal gətirib. Sülh müqaviləsi məsələsinin də ikitərəfli təmaslarda daim müzakirə olunduğunu söyləyib.
Pərvanə Sultanova



